image-2000x150
image-1backend

Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək

image-728x90

Yüksək inflyasiyanın fonunda Türkiyə parlamenti bu həftə ölkədə qiymətləri süni şəkildə artıranların cəzalandırılması tədbirləri haqqında qanun layihəsini müzakirə edəcək.

Ulusal.az xəbər verir ki, “Ekonomim” qəzeti yazır ki, cərimə 31 min dolları keçə bilər.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qiymətləri süni şəkildə artıranların cəzalandırılması üçün yeni tədbirlər görəcəyini açıqlamışdı.

“Bir məhsulun və ya xidmətin satış qiymətinin həddindən artıq artırılmasının yolverilməzliyi haqqında müddəanı pozanlar 100 min lirədən (valyuta məzənnəsi ilə 3 min dollardan çox) 1 milyon lirəyə qədər (31 min dollardan çox) inzibati cərimə ilə üzləşəcəklər”, – nəşr yazır.

Qeyd olunur ki, bazarda qıtlıq yaradan, bazar tarazlığını və azad rəqabəti pozan, eləcə də istehlakçıların mallara çıxışına mane olan fəaliyyətlər hər bir qanun pozuntusuna görə 1 milyon lirədən 12 milyon lirəyə (təxminən 373 min dollar) qədər cərimələnəcək.

“Malları vaxtında çatdırmayan və ya quraşdırmayanlar 2200 lirə (68 ABŞ dolları), mal və ya xidmətlərin satışından yayınanlar isə ən azı 2200 lirə inzibati cərimə ilə üzləşəcək”, – qəzet yazır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90