image-rt-reklam
image-1backend

Yeni müharibə başlayır? – Pakistan ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

image-728x90

26 turistin ölümü ilə nəticələnən Pahalqam hücumundan sonra Hindistan rəsmiləri hücuma görə Pakistanı günahlandırdı, baxmayaraq ki, “Laşkar-e-Taiba” ilə əlaqəli “Müqavimət Cəbhəsi” qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürdü.

Ulusal.az xəbər verir ki, Yeni Dehli araşdırmanın nəticələrini gözləmədən “xarici təhlükə” ilə bağlı tələsik açıqlama verdi.

Pakistan buna cavab olaraq silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Nəzarət xətti boyunca ordu hissələri gücləndirilib, Hərbi Hava Qüvvələri əsas bölmələri yüksək hazırlıq vəziyyətinə gətirib.

Kəşfiyyat təyyarələri Hindistanın 2019-cu ildə Balakota endirdiyi zərbələrdən əvvəl olduğu kimi, mümkün təxribat riskini nəzərə alaraq sərhəd hava məkanında patrul uçuşları edir.

Pakistan Ordusu gərginliyin artması fonunda bir sıra müdafiə tədbirləri çərçivəsində Tillah silsiləsində səhra atəşi təlimləri keçirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90