TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Yenidoğulmuşların reanimasiya şöbəsinə yerləşdirilən körpə tam sağlam şəkildə evə buraxılıb.
Ulusal.az xəbər verir ki, qeysəriyyə əməliyyatı ilə doğulan 38 həftəlik körpə tənəffüs pozğunluğu əlamətləri ilə Yenidoğulmuşların reanimasiya şöbəsinə qəbul olunub.
Anadangəlmə pnevmoniya diaqnozu ilə intubasiya edilən körpə süni tənəffüs aparatına (STA) qoşulduqdan sonra antibiotik terapiyaya başlanılıb.
Uzm.Dr. Əkbər Quliyevin rəhbərlik etdiyi Neonatologiya komandasının səyləri nəticəsində ağır vəziyyətdən xilas edilən körpənin müalicəsi tamamlanaraq evə yazılıb.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiq olunduğu Yeni Klinikada Xidmətlər Zərfi daxilində təbii doğuş və qeysəriyə əməliyyatları icra olunur.