image-rt-reklam
image-2backend

Yeni Klinikada ilk göz əməliyyatı həyata keçirildi -FOTOLAR

image-728x90

Ulusal.az xəbər verir ki, TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Oftalmologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk göz əməliyyatı həyata keçirilib.
Sağ gözündə görmə azlığı şikayətilə tibb müəssisəsinə müraciət edən 70 yaşlı qadın xəstənin sağ gözündə görmənin 30% olduğu və görmə azlığının isə yaşla əlaqədar olaraq kataraktaya (el arasında mirvari suyuna) bağlı olduğu müəyyən edilib.
Oftalmoloq Uzm.Dr. Xəlil Səfərov tərəfindən ilk dəfə həyata keçirilən katarakta əməliyyatı uğurla nəticələnib.
Əməliyyat zamanı kataraktanın fakoemulsifikasiyası və ekstraksiyası sonrası göz içinə lens implantasiyası əməliyyatı da icra edilib.
Məlumat üçün bildirək ki, göz içi linza (GİL) implantasiyası olaraq da bilinən lens implantasiyası təbii lensi əvəz etmək üçün gözün içərisinə süni lensin implantasiya edildiyi cərrahi əməliyyatdır.
Qeyd edək ki, gözdə katarakta – orta hesabla 50-60 yaş arası insanlarda tez-tez rast gəlinən, gözdə büllurun bulanıqlaşaraq zamanla şəffaflığını itirməsinə, bulanıq görməyə səbəb olan göz xəstəliyidir. Xəstəliyin müalicəsi yalnız cərrahi əməliyyatla mümkündür. Təxminən 15-20 dəqiqə çəkən əməliyyatdan sonra xəstə eyni gündə evə yazıla bilər.
Xatırladaq ki, icbari tibbi sığortanın tətbiq olunduğu Yeni Klinika tibb müəssisəsində Xidmətlər Zərfi daxilində oftalmoloji müayinələrlə yanaşı artıq bir sıra göz əməliyyatları da həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı tək şəxsiyyət vəsiqəsilə klinikaya müraciət edərək qeyd edilən xidmətlərdən tam təmənnasız yararlana bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90