Kanadanın hakim Liberal Partiyasının yeni lideri, tezliklə ölkənin baş naziri olacaq Mark Karni ölkəsinin heç vaxt ABŞ-a qoşulmayacağını bildirib.
Ulusal.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Amerika Kanada deyil. Kanada heç vaxt heç bir şəkildə və ya formada Amerikanın bir hissəsi olmayacaq. Bu mübahisəni biz başlamamışıq… Ticarətdə, xokkeydə olduğu kimi, Kanada qalib gələcək”, – deyə siyasətçi bildirib.
Xatırladaq ki, Mark Karni bazar günü Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilərək ölkənin növbəti baş naziri olub.
Keçmiş maliyyə naziri və baş nazirin keçmiş müavini Kristia Friland səslərin 8 faizini, İcmalar Palatasında hökumət lideri Karina Quld və liberal deputat Frank Baylis isə təxminən 3 faiz səs toplayıb.