Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müasir tariximizdə yeni dövrün, ölkəmizi müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu.
1992-ci il, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində ümummmilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 32 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işləri təqdirəlayiqdir. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmləndi və inkişaf etdi, ölkədə əmin-amanlığın yaradılması, iqtisadi inkişafa başlanmasına öz töhfələrini verdi. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan Ulu öndər Heydər Əliyevin davamçılarıdır. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. YAP bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır.
2003-cü ildə yenidən xalq öz layiqli seçimi edərək, Ulu Öndərin siyasi varisini müəyyənləşdirdi. Bu gün ölkə Prezidenti İlham Əliyev bu kursun ən layiqli davamçısıdır.
2018-ci il fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürüldü və aprelin 11-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (86,03 %) Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu il fevralın 7-i müasir Azərbaycan tarixinə yeni əlamətdar gün kimi düşdü. Həmin gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan böyük Zəfərdir.
Bundan sonra da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər bir YAP üzvü böyük qələbələrə imza atacaq.
Türkan Cümşüdova – YAP Gənclər birliyinin fəalı