image-rt-reklam
image-1backend

Yəhudi gənclərin 32 faizi HƏMAS-a rəğbət bəsləyir – Şok sorğu

image-728x90

Xaricdə yaşayan yəhudi gənclərin 32 faizi HƏMAS-a rəğbət bəsləyir.

Ulusal.az xəbər verir ki, bu barədə İsrailin Diaspora və Antisemitizmlə Mübarizə Nazirliyi üçün “Mosaic United” təşkilatının keçirdiyi sorğuda qeyd olunub.

İsraildən kənarda yaşayan yəhudi gənclərin 36 faizi İsrail ordusunun Qəzzada soyqırım törətdiyinə inanır, 32 faizi isə HƏMAS-a rəğbət bəsləyir.

Sorğu üzə çıxarıb ki, ABŞ-da yaşayan yəhudi gənclərlə digər ölkələrdə yaşayan yəhudi gənclər arasında Qəzza və Həmasdakı müharibə ilə bağlı məsələlərdə ciddi fikir ayrılıqları var.

Sorğuda ABŞ-da yaşayan yəhudi gənclərin 37 faizinin, digər ölkələrdə yaşayan yəhudi gənclərin isə 7 faizinin HƏMAS-a rəğbət bəslədiyi bildirilib.

Qeyd edək ki, 8,5 milyon yəhudinin İsraildən kənarda yaşadığı, təxminən 6,3 milyonunun ABŞ-da olduğu bildirilir.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90