image-rt-reklam
image-1backend

Yaxın zamanda Yer kürəsinin sonu gələcək – Maskdan ŞOK AÇIQLAMA

image-728x90

Kosmik ölçülərə görə, Yer kürəsi yaxın zamanda yaşamaq üçün yararsız hala gələcək.

Musavat.com xəbər verir ki, bu barədə İlon Mask xəbərdarlıq edib.

Planetimiz üçün əsas təhlükə Günəşdən qaynaqlanır. 500 milyon ildən sonra yaxınlıqdakı ulduzun genişlənmə sürəti səbəbindən Yer kürəsində həyat mümkünsüz olacaq.

Maskın fikrincə, insanlıq artıq Marsın mənimsənilməsi barədə ciddi düşünməlidir. “Məhz qırmızı planet gələcəkdə “Yeni Dünya” adlanacaq, necə ki, bir zamanlar Amerika belə adlanırdı”-deyə amerikalı milyarder “X” sosial şəbəkəsində yazıb.

Günəş, Yer kürəsinə ən yaxın olan ulduzdur və sarı cırtdanlar qrupuna aiddir. Günəşin yaşı təxminən 4,5 milyard il olaraq qiymətləndirilir. Alimlərin hesablamalarına görə, hidrogen ehtiyatlarının tükənməsi səbəbindən ulduz daha isti və parlaq olacaq ki, bu da 1,1 milyard ildən sonra Yer kürəsində həyatın yoxa çıxmasına səbəb olacaq. Təxminən 10 milyard il yaşa çatdıqda, Günəş qırmızı nəhəngə çevriləcək və daha sonra ağ cücə halına gələcək. Növbəti milyard illər ərzində isə tamamilə soyuyub sönəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90