image-2000x150
image-1663055484-nikol-pashinyan_1-2backend

“Yaxın zamanda Ermənistanda çevriliş ola bilər” -Arzuman Muradlı

image-728x90

“Baş nazir Nikol Paşinyan  yekun sülh sazişinə imza atdıqdan sonra onun ABŞ və Qərb qarşısında siyasi missiyası tamamlanacaq… Bunu etdikdən sonra erməni baş nazir öz ailəsi ilə Qərb ölkələrinin birində verilən təhlükəsizlik təminatı altında həyatını davam etdirmək şansı qazanacaq.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq bildirib ki, son günlər erməni cəmiyyətində Nikol Paşinyana qarşı başlayan hücümların arxasında sözsüz ki, Rusiya dayanır.

“ABŞ və Qərb Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Ona görə də, Ermənistana müxtəlif istiqamətlərdən təzyiqlər göstərilir və müəyyən vədlər verilir. Rusiya və Fransa isə hazırda yekun sülh sazişinin qarşısında əsas əngəlləyici faktor rolunu oynayır. Belə vəziyyətdə Paşinyan hakimiyyəti çarpaz zərbələrin hədəfinə çevrilmiş kimi görünür. Rusiya Cənubi Qafqazda sabitliyi istəmir. Məhz bu səbəbdən Paşinyana qarşı hücumlar başlayıb. Rusiya sülh müqaviləsi bağlanmazdan öncə Paşinyan hakimiyyətini devirmək niyyətindədir. Əgər proseslərə müdaxilə olmasa yaxın zamanda Ermənistanda çevriliş ola bilər” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90