image-rt-reklam
image-1backend

“Yaxın zamanda açıqlanacaq” – Azər Aydəmir yeni layihədən DANIŞDI

image-728x90

“Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası bizim kino ocağımızdır. 60-cı ildən fəaliyyət göstərən kinostudiyamızın əsaslı təmiri nəzərdə tutulub. Bu haqda layihə təqdim edəcəyik”.

Bu sözləri Kino Sənayesi İnkişafı Fondunun sədr müavini Azər Aydəmir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə “Cinema Talks” (“Kino müzakirələri”) adlı panel müzakirəsi zamanı deyib.

“Layihənin adı “Cinema Talks”dır, müasir biznes mərkəzidir. Həmin biznes mərkəzində sırf çəkilişə aid şirkətlər fəaliyyət göstərəcək. Texnoloji bir bina olacaq, amma qədimlik qorunacaq. Binada fəaliyyət göstərən şirkətlərin dövlət tərəfindən imtiyazları olacaq. Bu imtiyazlar yaxın zamanda açıqlanacaq. Biz hamımız bir damın altına toplanıb kino sahəmizi dirçəltmək istəyirik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90