image-rt-reklam
image-nesib-22-2backend

“Yaxın vaxtlarda Ermənistanla böyük sülh müqaviləsinin bağlanmasını real hesab etmirəm”- Nəsib Məhəməliyev

image-728x90

Azərbaycan – Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün danışıqlar prosesi davam edir. Lakin görünən odur ki, rəsmi İrəvan danışıqlar prosesindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Danışıqlar aktiv fazaya qədəm qoyan kimi sərhəddə ermənilər tərəfindən təxribatlar törədilir. Azərbaycan- Ermənistan arasında sülh müqaviləsinin bağlanması nə dərəcədə realdır? Ulusal.az açıqlamasında Millət vəkili Nəsib Məhəməliyev bildirib ki, yaxın vaxtlarda Ermənistanla böyük sülh müqaviləsinin bağlanmasıni real hesab etmir.

“Hansısa çərçivə razılaşmaları ola bilər. Sülh müqaviəsinin imzalanması, beynəlxalq gündəlikdən ,,erməni məsələsinin,, tamamilə çıxarılması, qonşu ölkələrə qarşı ərazi iddialarından, saxta genosid, maddi təzminat iddiasından imtina deməkdir. Bu da, nə regionda siyasi maraqları olan dünya güclərini, nə də ki, ,,böyük ermənistan,, kimi xəstə illyüzalarla yaşayan daşnak-millətçi kəsimi qane edir. 150 ildən bəri aparılan təbliğat, cəmiyyətin bütün təbəqələrinə sirayət etdiyindən, sülhə yönəlik istənilən addım süngü ilə qarşılanır. Liberal düşüncəli siyasətçilər, ziyalılar təhdid olunur, vətən xaini elan olunur, hətta ölümlə hədələnirlər. Ermənistanda daxili ictimai-siyasi vəziyyət kifayət qədər mürəkkəbdir və sülh müqaviləsinin bağlanmasından yayınmanın əsas səbəblərindən biri də, ölkənin müstəqil siyasət apara bilməməsidir.”- deyə millət vəkili əlavə edib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90