image-rt-reklam
image-1backend

 YAXIN ŞƏRQİN “XİROSİMASI” – Qəzzaya 12 min tondan çox partlayıcı maddə atılıb 

image-728x90

“Qəzzaya atılan partlayıcıların ümumi miqdarı İkinci Dünya Müharibəsində ABŞ-ın Xirosima şəhərinə atdığı atom bombasının gücünə bərabərdir”.

Bu barədə Qəzzadakı “hökumətin” media bürosundan verilən açıqlamada deyilir.

Məlumata görə, İsrail oktyabrın 7-dən bu yana Qəzzaya 12 min tondan çox partlayıcı maddə atıb. Qəzzanın hər kvadrat kilometrinə təxminən 33 ton partlayıcının düşdüyü qeyd edilib.

Açıqlamada Qəzza zolağındakı 183 mindən çox evin zədələndiyi, 28 mininin isə tamamilə dağıldığı və ya yaşayış üçün yararsız olduğu bildirilib. Həmçinin Qəzza zolağında hər 100 nəfərdən birinin İsrailin hücumları nəticəsində öldüyü və ya yaralandığı qeyd edilib.

İsrailin hücumları nəticəsində həyatını itirənlərə gəlincə, oktyabrın 7-dən etibarən Qəzza zolağında 2 min 360-ı uşaq, 1421-i qadın olmaqla 5 min 791 nəfərin öldürüldüyü, 16 min 297 nəfərin isə yaralandığı bildirilib.

Açıqlamada Qəzza əhalisinin 70 faizini təşkil edən 1 milyon 400 min köçkünün 222 sığınacaq mərkəzinə sığındığı bildirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90