image-rt-reklam
image-1backend

Yaxın Şərqdəki müharibədə uduzan ABŞ olacaq – Çin, Türkiyə və Rusiyanın…

image-728x90

Amerika Yaxın Şərqdə böyük müharibəni uduzacaq.

Ulusal.az xəbər verir ki, amerikalı jurnalist Taker Karlson sosial şəbəkələrdə Çin, Türkiyə və Rusiyanın proseslərə cəlb olunacağı halda, Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki müharibəni uduzacağını bildirib.

Onun sözlərinə görə, hazırda stavkalar bir çox amerikalıların inandığından qat-qat yüksəkdir.

“Təsəvvür etmək olar ki, HƏMAS və İsrail arasındakı münaqişəyə başqa ölkələr də cəlb olunacaq. Məsələn, Rusiya, Türkiyə, Çin, İran və Səudiyyə Ərəbistanı. Əlbəttə, bəzi dövlətlər Amerika və İsraili dəstəkləyə bilər, lakin əksəriyyəti Ağ Evə düşmən mövqe tutacaq”, – Karlson deyib.

O, belə hərəkətlərin ABŞ üçün böyük problemə səbəb olacağına aydınlıq gətirib: “Amerika ordusu hazırda son 50 ildə heç vaxt olmadığı qədər zəifdir. İndi dünya müharibəsi vaxtı deyil, ABŞ bunu uduzacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90