“Hizbullah” hərəkatı, baş katibi Şeyx Həsən Nəsrullahın öldürülməsindən sonra kollektiv rəhbərlik sisteminə keçir.
Ulusal.az xəbər verir ki, bu barədə “Asharq al-Awsat” nəşri məlumat yayıb.
“Nəsrullahdan sonra baş katib vəzifəsinə heç kimin namizədliyi irəli sürülməyib. Hazırda hərəkat kollegial şəkildə idarə olunur”, – nəşr qeyd edib.
Qəzet “Hizbullah”a hərəkatın nümayəndəsi İbrahim Əmin əl-Sayidin rəhbərlik edəcəyi barədə məlumatı təkzib edib.
Nəşrin məlumatına görə, “Hizbullah” müharibənin sonuna qədər kollektiv şəkildə idarə olunacaq. Digər təfərrüatlar nəşrdə qeyd edilmir.