“Yaponiya son bir neçə ildə hərbi xərclərini artırmaq məburiyyətində qalıb. Yaponiyanın hərbi xərclərini artırması ABŞ-la razılaşdırılıb”.
Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu: “Həmsədrlər bölgəyə ləziz yeməklərdən dadmağa gəlirlər”
Politoloq qeyd edib ki, Vaşinqtonun özü də Yaponiyanın hərbi xərclərini artırmasına tərəfdardır:
“Vaşinqtonun Rusiya ilə Çin arasında siyasi və hərbi ittifaqdan narahat olduğu bəllidir. Çin analitiklərinin fikrincə isə bölgədə Yaponiyanın hərbi gücünü artırması Vaşinqtonun diqqətindən yayınıb. Yaponiya İkinci Dünya müharibəsindəki ağır məğlubiyyətdən sonra ABŞ-ın təsiri altında olub. ABŞ müharibədən sonra Yaponiyanın böyük orduya malik olmasını qadağan edib. Əslində bu amil illər uzunu Yaponiyanın xeyrinə olub. Bu ölkə sürətlə iqtisadiyyatını inkişaf etdirib. Yaponiya iqtisadi inkişafında görə dünyanın aparıcı ölkələri sırasında yer alıb.
Buna baxmayaraq, Yaponiya son bir neçə ildə hərbi xərclərini artırmaq məburiyyətində qalıb. Yaponiyanın hərbi xərclərini artırması ABŞ-la razılaşdırılıb. Vaşinqtonun özü də Yaponiyanın hərbi xərclərini artırmasına tərəfdardır. Çünki, bölgədə Rusiya-Çin hərbi ittifaqının güclənməsi ABŞ-ı narahat etməyə başlayıb və Vaşinqtonda hesab ediblər ki, müttəfiqi Yaponiyanın hərbi gücünü artırmasına ehtiyac var. Yaponiyanın hərbi gəmiləri ABŞ-ın F-35 təyyarələrini qəbul etmək gücünə malik olublar. Yaponiya eyni zamanda raket texnologiyalarını inkişaf etdirməyə başlayıb. Bunun iki səbəbi var. Birinci səbəb qonşu Çinin müxtəlif çeşidli raket istehsalını artırmasıdır. İkinci səbəb isə digər qonşu ölkə olan Şimali Koreyanın raket sınaqlarına ara verməməsidir. Yaponiya hərbi məqsədlər üçün çip istehsalını da genişləndirib. Tokio bu sahədə ABŞ-dan asılılığını azaldıb.
Tokionin ambisiyalarına baxmayaraq, Yaponiya hərbi istehsalını bir həddə qədər inkişaf etdirmək iqtidarındadır. Müttəfiqlik münasibətlərinə baxmayaraq, ABŞ Yaponiyada istehsal olunan məhsullara gömrük tariflərini artırıb. “Bloomberg” agentliyinin məlumatına görə, tariflərin artırılması Yaponiya ixracına mənfi təsir edib. Məsələ burasındadır ki, Yaponiya öz məhsullarının əhəmiyyətli hissəsi ABŞ bazarına ixrac edir. Mövcud vəziyyət Yaponiyada sənaye istehsalının azalmasına gətirib çıxarıb. Bu vəziyyət Yaponiyada hətta hökumət böhranına səbəb olub.
İqtisadi çətinliklərə baxmayaraq, Tokio Rusiya-Çin hərbi ittifaqından qorunmaq məcburiyyətindədir. Yaponiya ABŞ və Cənubi Koreya ilə birgə üçlü ittifaqa maraq göstərir. Bundan başqa Tokio son illərdə NATO ilə əaləqələrini də gücləndirib”.Musavat.com