image-2000x150
image-6aabfb39-8ac9-4fe1-bfce-e50574f6493bbackend

YAP nümayəndə heyəti Türkiyədə səfərdədir – FOTOLAR

image-728x90

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir.

Ulusal.az xəbər verir ki, səfər çərçivəsində YAP nümayəndə heyəti İzmirin Alsancak dəniz limanında Türkiyənin müdafiə sənayesinin yeni uğuru – “TCG Anadolu” SİHA gəmisini ziyarət ediblər. Bundan başqa heyət üzvləri Türkiyə müdafiə sənayesinin növbəti uğurları – “Altay” milli tankı, BAYRAKTAR TB3”, ”Kızıl Elma” SİHA-sı, ”Hürjet”, ”Hürkuş”, ”ATAK” helikopterləri ilə tanış olublar.

Türkiyə vətəndaşları YAP-ın nümayəndə heyətini “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar. Bildirilib ki, Türkiyə-Azərbaycan birliyi dünyada və regionda böyük əhəmiyyətə malikdir. Bu gün Türkiyənin inkişafı və uğuru Azərbaycanın da inkişafı və uğurudur.

Sonda xatirə şəkli çəkdirilib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Malik Həsənov, Mahir Abbaszadə və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov daxildir.

 

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90