image-rt-reklam
image-qanvermebackend

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib

image-728x90

Dekabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibatı binasında qanvermə aksiyası keçirilib.

Ulusal.az xəbər verir ki, aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 300 nəfərə yaxın YAP üzvü iştirak edib.

Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub. Toplanan qan talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Mərkəzi Qan Bankının həkim-hematoloqu Könül Muxtarlı bildirib ki, qanvermə prosesində 18-65 yaş arasında olan şəxslər iştirak edə bilər. “Qana həmişə ehtiyac var. Çünki qanı heç bir dərman vasitəsi əvəz edə bilməz. Ölkəmizdə bu gün talassemiya xəstəliyindən əziyyət çəkən 1500 nəfərə yaxın xəstə var. Hər hansı bir şəxs qan verməklə qana ehtiyacı olan üç xəstəyə kömək etmiş olur, onların həyatını xilas edir. Aksiyada toplanan qan talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün böyük dəstək olacaq. Bu təşəbbüsünə görə Yeni Azərbaycan Partiyasına təşəkkürümüzü bildiririk”,- deyə həkim-hematoloq vurğulayıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyaları keçirir. Xüsusilə də, partiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyaları təşkil edir. YAP Mərkəzi Aparatında keçirilən növbəti qanvermə aksiyası da partiya üzvlərinin ölkəmizdə həyata keçirilən humanist tədbirlərdə fəal iştirakının daha bir göstəricisidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90