image-2000x150
image-img-20240507-wa0075backend

YAP Ağstafa rayon Təşkilatının inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili”nə dair  seminar keçirilib

image-728x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planı çərçivəsində keçirilən seminar YAP Ağstafa rayon Təşkilatı ilə birgə təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə giriş nitqi söyləyən Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizdə ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayıb. Ulu Öndərin həyata keçirdiyi ekoloji siyasət sayəsində insanların təbiətə olan münasibəti müsbətə doğru dəyişib, ekoloji vəziyyət yaxşılaşıb, su ehtiyatları və yaşıllıqların bərpası, artırılması ilə yeni meşələr, parklar salınıb, bioloji müxtəliflik qorunub saxlanılıb. Dünyanın ən nüfuzlu tədbirlərindən hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin bu siyasətin uğurla davam etdirməsinin parlaq təzahürüdür. RİH “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Ağstafada icra olunan silsilə tədbirlər barədə seminar iştirakçılarını məlumatlandırıb.
Seminarın digər məruzəçiləri – YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev, Tatlı kənd tam orta məktəbin direktoru Fəridə Həsənova, Keşikçidağ Dövlət tarix-mədəniyyət Qoruğunun direktor müavini Lalə Yusifzadə, 2 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin əməkdaşı Elşən Orucov dövlətimiz tərəfindən ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində görülən mühüm tədbirlərdən bəhs ediblər.
Seminar Ağstafa rayonunda ətraf mühitin qorunmasının təşviqinə həsr olunmuş videoçarxın nümayişi ilə işini yekunlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90