image-rt-reklam
image-1backend

Yanan villa tanınmış həkimin imiş – FOTO

image-728x90

Avqust ayının 18-də Masallı rayonunda 2 mərtəbəli ev yanıb.

Ulusal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yanan ev rayonun məşhur həkimi Vaqif Qurbanova məxsus olub.
Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi, Baş terapevti, Tibb üzrə fəlsəfə doktoru (kardioloğiya), ABŞ Med Scape-in üzvü Qurbanov Vaqif Oruc oğlu saytımıza açıqlamasında sözügedən evi 35 ilə tikdiyi deyib:

“35 illik zəhmətim yandı. Yanğın baş verəndə evdə tək idim, yatmışdım. Birdə ayılıb gördüm ki, ev yanır, artıq divardan başqa heç nə qalmayıb. Yarım milyondan çox ziyan dəyib. Bütün sənədlərimiz, qızıllarımız və evdə lazım olan hər şey yandı”.

Həkim yanğının nədən baş verməsini açıqlamasa da, hadisədən ciddi sarsıntı keçirdiyini bildirib.

Qeyd edək ki, hadisə vaxtı ümumi sahəsi 216 kv olan evin mansard (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90