“Barselona”nın hücumçusu Lamin Yamal gələcək karyerası barədə danışıb.
Ulusal.az xəbər verir ki, o, bütün karyerasını Kataloniya klubunda keçirmək istəyir:
“Mənim üçün təzminat məbləği olan 120 milyonun ödənilməsini istəmirəm. Çünki o zaman “Barselona”dan ayrılmalı olacağam. Ümid edirəm ki, “Barsa”dan heç vaxt ayrılmayacağam. Burada qalıb əfsanə olmaq istəyirəm”.
Qeyd edək ki, Yamal “Barselona”nın yetirməsidir.