image-rt-reklam
image-12_01_35_fuad-oktay-22backend

XXI əsrdə tarix yazmağa davam edirik

image-728x90

“Ümummilli Lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ən gözəl, ən yığcam və ən güclü ifadəsi idi”.

Ulusal.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən Parlament Konfransında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan və Türkiyə həmişə ürəyinin dilində danışır:

“Ürəyimiz də deyir ki, biz öz yurdumuzda, öz qardaşlarımızın yanındayıq.
Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ortaq tariximizin əlamətlərindəndir”.

Fuat Oktay deyib ki, əməkdaşlığımız hər sahədə güclü və möhkəm şəkildə inkişaf edir:

“Çünki bu, iki dost ölkə deyil, iki əsl qardaş arasında olan münasibətdir. Dövlət başçılarımızın və millətimizin güclü iradəsinə uyğun olaraq biz XXI əsrdə tarix yazmağa davam edirik.

Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən coğrafiyada yerləşən ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri həm regionun, həm də qlobal iqtisadiyyatın sabitliyinə və çiçəklənməsinə töhfə verir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90