image-2000x150
image-7backend

Xüsusi qəddarlıqla törədilmiş cinayətlər

image-728x90

Ölkəmiz illərcə düşmən işğalına məruz qalmış maddi-mənəvi ziyana uğramışdır.Ermənistan ordusunun qandonduran işğalı müddətində 20% torpaqlarımız düşmən tapdağı altına keçmişdir.

Xocalı faciəsi bəşəriyyət tarixinin həmçinin  Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən,  azərbaycanlılara qarşı törədilmiş soyqırımdır.1991-ci ilden Xocalı şəhəri artik blokadada idi.Şəhər demek olarki her gün atəşə tutulurdu.Dünya tarixində bir çox soyuqirimlar olub şübhəsiz ki, Erməni terrorçuların etdiyi bu vəhşilik dünya tarixində bele olmayıb.Fevral ayının 25-26 keçen gece şəhər tamamilə mühasirəyə alındı.Faciə isə bundan sonra başlayır.Şəhərin dörd bir tərəfdən tanklardan,erməni terrorçuları tərəfindən əhatə olduğunu görən müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur  qalırlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmiş, sakinlərinə divan tutulmuşdur. Bir gecənin içərisində  Xocalı yerlə-yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlanan erməni terrorçuları dinc əhalini güllələmiş onlara amansız divan tutmuşdur. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan ele ordaca donub qaldı.Bir gecedə 613 nefər Xocalı sakini öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlardır.

Bu gün bele 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu əsl soyqırım idi.Bu tarixin şahid olub bütün dünyanın həmin gecə susub Xocalının tək buraxılıdıgı tarixin ən faciəvi insanlığın ən utanacverici faciəsi idi. Xocalıda amansızlaq qətlə yetirilmiş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.İnsanlığını itirmiş erməni terrorçuları 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirmişdir.Yəni  diri-diri yandırlaraq ,başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq , hamilə qadınıların qarnı cıraraq içine pişik doldurub ölmə məhkum edən və bu gün bele bir çox ölkənin helede tanımadığı soyqırımdır Xocalı faciəsi.Qaniçən Zori Balayanın 13 yaşlı uşağın diri-diri dərisini soyması, bundan həzz alması, özünün bunları etiraf edib kitabına daxil etməsi erməni həyasızlığın ən bariz nümunəsidir.

Z.Balayan öz kitabında həyasızcasına yazır ki, təcrübə məqsədilə 13 yaşlı uşağın dərisini soyub neçə dəqiqə yaşayacağını müəyyənləşdirdirib. Uşaq 7 dəqiqədən sonra dünyasını dəyişdi. “Axşam eyni şeyi daha üç türk cocuğunun üzərində apardıq”, – deyən Zori Balayan kitabında cəlladlığını da açıq etiaf edib.Meyidlərin üstünde belə ağla sığmaz işgəncələr verən ermənilər düşünməzdilərki nə zamansa etdikləri bu vəhşiliklər işıqlandirla dünyaya təqdim edilə.Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Bu gün 2020-ci il 27 sentyabr da başlayan ikinci Qarabağ müharibəsində  işğal edilmiş bütün torpaqlarımız haqq yolu ile tək bir erməni mülki şəxsini öldürmədən hərb meydaninda Ermənistan ordusunu acınacaqlı vəziyyət salaraq, məğlub edərək azad edildi.Artik Xocalı şəhidlərimizin timlasinda bütün şəhidlərimizin ruhu şaddır.Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində şübhəsiz ki, artik 25 dən çox ölkədə uğurlar həyata keçirilən “Xocalıya ədalət” kampaniyası mühüm rol oynayır. Beynəlxalq kampaniyanın miqyası hər il durmadan genişlənir. “Xocalıya ədalət” kampaniyası bütün dunyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir.

Xəlilova Sərvinaz -Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90