image-2000x150
image-4backend

Xoşbulaq kəndində sakinlərlə səyyar görüş keçirilib -FOTOLAR

image-728x90
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə sakinlərlə səyyar qəbul-görüşlər keçirilir. Məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar görüş Xoşbulaq kəndində keçirilib.
Qəbulda RİHBA-nın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov qəbulda bildirib ki, ötən ilin sentyabr ayında ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra xalqımızın dövlətçilik tarixində birinci dəfədir ki, seçkilər bütöv, suveren Azərbaycan ərazilərinin hər yerində, o cümlədən işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçirildi. Ona görə də prezident seçkiləri Azərbaycan tarixinə həm də Zəfər seçkiləri kimi yazıldı və xalqımızın, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində öz əksini tapdı.
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda təxribatlar törədən Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara qarşı lokal xarakterli antiterror tədbiri həyata keçirdi. 24 saata qədər davam edən əməliyyat nəticəsində 30 ilə yaxın Qarabağda davam edən erməni faşizminə, erməni separatizminə son qoyuldu. Qarabağdakı erməni separatizminin quldur yuvası darmadağın olundu. Ağ bayraq qaldıran düşmən silahı yerə qoyub təslim oldu, könüllü olaraq Qarabağı tərk etdi.
Uğurla başa çatan antiterror əməliyyatından sonra Ağdərə, Xocavənd, Əsgəran, Xankəndi və nəhayət, uzun illər gözüyaşlı, ürəyi dağlı qalmış Xocalı erməni işğalçılarından azad edildi.
2023-cü il oktyabr ayının 15-də Qarabağa səfər edən Prezident İlham Əliyev Xocavənddə, Ağdərədə, Xocalıda, Xankəndidə və işğaldan azad olunmuş başqa ərazilərmizdə Azərbaycan bayrağını dalğalandırdı. Noyabr ayının 8-də – Zəfər Günündə isə Xankəndidə Zəfər paradı keçirildi. Bütün bunlar düşmənə gözdağı oldu. Getdikcə güclənən Azərbaycan Ordusu qələbələri ilə Azərbaycan xalqına sevinc dolu günlər bəxş etdi.
Bu gün Azərbaycan xalqı həyatının ən gözəl günlərini yaşayır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Şəhərlər, qəsəbələr, kəndlər salınır, keçmiş qaçqınlar üçün müasir tipli evlər tikilir. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük təmir və bərpa işləri aparılır. Yaxın zamanlarda sakinlər böyük sevinclə 1992-ci ilin fevralında qan içində qoyub gəldikləri Xocalıya qayıdacaqlar. Onda insanların da, torpağın da üzü güləcək. Bir daha bu yerlərdə atəş səsləri eşidilməyəcək. Çünki daim inkişafda olan, güclü, qüdrətli Azərbaycan Silahlı Qüvvələri sərhədlərimizin keşiyində ayıq-sayıq dayanır.
İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalıda da qeyd olunub. Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə bayram sevinci ilə yanaşı fərəhlə dolu duyğular bəxş edib. Bu gün Xocalıda qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.
Sonra söz sakinlərə verib.
Kənd sakinləri içməli su təminatının yaxşılaşdırılması, sahibsiz itlərə qarşı tədbir görülməsi, məşğulluq, əmək haqqının artırılması, elektrik dayaqlarının və nasaz sayğacın dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
image-1 image-2 image-3 image-4 image-5 image-6
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90