Xocalı rayon Malıbəyli kəndində avqustun 11-də sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Qərb bürosuna bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Ə. Qasımov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.