image-2000x150
image-1677247999_img_20221024_195747backend

Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır  – Arzuman Muradlı

image-728x90
“1992-ci il, fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda əli yalın insanlara qarşı soyqırım həyata keçirənlər mütləq şəkildə beynəlxalq səviyyədə cəzalandırılmalı, digər müharibə və soyqırım cinayətləri törədənlər kimi Serj Sərkisyan, Robert Köçəryan və digərləri beynəlxalq tribunal qarşısına çıxarılmalıdır”.
Bu fikirləri  “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, beynəlxalq ictimaiyyət, ayrı-ayrı dövlətlər və təşkilatlar da öz növbəsində Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması, öz layiqli cəzalarını almalarında maraqlı olmalı, ikili standartlar, xristian təəsübkeşliyindən uzaq duraraq ədalət nümayiş etdirməlidirlər:

“Əks təqdirdə Ermənistan dövləti və onun qaniçən, qatil rəhbərlərinin bu kimi cinayətləri davam edəcək”.

Arzuman Muradlı onu da qeyd edib ki, Xocalı soyqırımını törədənlərin beynəlxalq səviyyədə cinayət məsuliyyətinə cəlb edilməsinə nail olsaq, o zaman Ermənistan dövləti də öz növbəsində onları təhvil verməyə məcbur olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90