image-rt-reklam
image-1backend

Xocalı qatilinin “abidəsi” söküldü – Foto

image-728x90

1992-1993-cü illərdə Qarabağın işğalında iştirak etmiş şəxslərin adına ucaldılan abidələr sökülür.

Ulusal.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, Xankəndi daxil olmaqla bütün Qarabağ ərazisində “abidələr” sökülür.

Məlumata görə, onlardan biri də I Qarabağ müharibəsi zamanı Şuşanın işğalı və Xocalıya hücumda aktiv iştirak edən “Bekor” ləqəbli erməni terrorçu Aşot Qulyandır.

Qeyd edək ki, A.Qulyan 1959-cu ildə Bakıda anadan olub, daha sonra Xankəndiyə köçüb. Qarabağın işğalı zamanı isə erməni silahlı dəstələrinə qatılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90