image-rt-reklam
image-1757073293_fb_img_1757072888353backend

Xırdalanda Heydər Əliyev adına park işğal altında – Yaşıllıq məhv edilir (Fotofakt)

image-728x90

Ulusal.az xəbər verir ki, Xırdalandakı Heydər Əliyev adına İstirahət və Mədəniyyət Parkı son illər öz funksiyasını itirərək “sahibkarların” maraqlarına qurban verilib. Sakinlərin istirahəti üçün nəzərdə tutulmuş bu məkanda artıq nə sərinlik verən yaşıllıq, nə də oturacaqlar qalıb.

Son iki ildə parkın ərazisi müxtəlif kafe-restoran və qəlyanxanalar tərəfindən zəbt olunub. “By Mübariz”, “Tatlım”, “Karamel”, “Turşməzə” kimi iaşə obyektləri skamya və söhbətgahların yerini tutaraq parkı kommersiya meydançasına çeviriblər.

Ən acınacaqlısı isə yaşıllıqlara qarşı aparılan “sistemli məhvetmə siyasəti”dir. Sakinlərin sözlərinə görə, kəsilən ağacların yerləri boş saxlanılır – məqsəd isə göz qabağındadır: yeni obyektlər üçün sahə açmaq. Belə getsə, Xırdalanda sakinlərin yeganə istirahət yeri də tamamilə restoran-qəlyanxana şəbəkəsinə çevriləcək.

Sakinlər məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına çağırış edirlər: Heydər Əliyev adına parkda yaşıllıqların qırılmasına və ictimai məkanın şəxsi maraqlara qurban verilməsinə son qoyulsun.Azadnedia.az


image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90