Xəzər dənizində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir ki, oktyabrın 19-də yerli vaxtla saat 01.02-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.
Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.