image-2000x150
image-xayalvan-1backend

Xəyal Məmmədxanlının adı Avropada əbədiləşdiriləcək

image-728x90
Sığorta və biznes sektorunda öz sözünü deməklə yanaşı, təbiət sevdalısı – kemper kimi tanınan mərhum Xəyal Məmmədxanlının adının əbədiləşdirilməsi istiqamətində Avropada real addımlar atılıb.

Ulusal.az xəbər verir ki, bu barədə məlumatı Polşa və Almaniyada fəaliyyət göstərən Sevara Group şirkətinin rəhbəri Rəşad Quluyev verib.

Şirkət rəhbəri deyib ki, rəhbərlik etdiyi qurumun bu məqsədlə həyata keçirdiyi layihə mərhumun adını daşıyan “KHAYALVAN” proyektidir:

“Müəyyən marka və modellərin bazasında yığılan KHAYALVANlar Dünya bazarına çıxarılacaq. İlk sifariş VW T6-nın bazasında Almaniyadan olan bir müştəri üçündür. İkinci sifariş isə Azərbaycandan verilib. Mərhələli şəkildə yığıma davam edirik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90