Xətai rayonu Lütfüzadə küçəsinin sakinləri səkilərin obyekt sahibləri tərəfindən zəbt olunmasından şikayətçidirlər.
Ulusal.az xəbər verir ki,Bakuplus.az-a danışan sakinlər bildiriblər ki, sözügedən küçədə yolun hər iki tərəfi obyektlər tərəfindən zəbt edildiyindən piyadaların sərbəst hərəkəti üçün çətinlik yaranır. Onlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədirlər, bu isə insan həyatı üçün təhlükəlidir.
Sakinlərin sözlərinə görə, müxtəlif media orqanları mövzunu dəfələrlə işıqlandırsalar da, rəsmi qurumlar hər hansı tədbir görməyib.
Qeyd edək ki, Xətai rayon icra hakimiyyətinin başçsı Rafiq Quliyevdir.