image-2000x150
image-bf9e39e0f372f48c4eb80b483a22f7581677181700_dce0jwwema9xrbg71rrnw3fwu0vyrvjjw5x56s1w-png-780x470backend

Xəstəxanalarda təhlükəli müayinə aparatları var

image-728x90

Standartlara uyğun olmayan rentgen və komputer-tomoqrafiya aparatları təhlükə mənbəyidir.

Ulusal.az Xəzər TV-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi rentgen və kompüter-tomoqrafiya müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri İlham Sadıqov açıqlamasında deyib ki, Azərbaycanda bir sıra müəssisələr xüsusi icazəsi olmadan fəaliyyət göstərir. Onun sözlərinə görə, bu sahəyə nazarət pandemiya dövründə zəiflədiyindən tibb müəssisələri tərəfindən müəyyən pozuntulara yol verilib.
İlham Sadıqov deyib ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə” əsasında istifadə edə bilərlər.
Həkim- pulmanoloq Ayaz Hidayətov isə bildirib ki, xərçəng xəstliklərinin iki faizi məhz radiasiyanın təsirindən qaynaqlanır. Buna görə də pasiyentlərin standartlara cavab verən avadanlıqlardan istifadə etməsi tövsiyə edilir.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90