Balakəndə Vətən Müharibəsi qazisi vəfat edib. Bunu eşidən qazinin anası da dünyasını dəyişib.
Bu barədə Zaqataladan tarix müəllimi Xalidə Şabanova məlumat verib.
Onun sözlərinə görə, hadisə Balakənin İtitala kəndində baş verib. İki ildən artıqdır Bakıda müalicə alan ağır xəstə olan Vətən Müharibəsi qazisi Zamir Osmanov xəstəxanada vəfat edib.
Bu xəbəri eşidən anası Esmira Osmanovanın ürəyi dözməyib, o da keçinib.
Mərhumların hər ikisi İtitala kənd qəbristanlığında torpağa tapşırılıb.