image-rt-reklam
image-1backend

Xərçəngə mübtəla olan Libbi -Şuşaya gedən ilk ABŞ səfiri…

image-728x90

Birləşmiş Ştatların Bakıdakı 11-ci səfiri əvvəlkilərdən nə ilə fərqləndi

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi diplomatik xidmətindən istefa verib.

O qeyd edib ki, istefa səbəbi xəstəliyi ilə bağlıdır. Səfir vurğulayıb ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq: “Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”.

Mark Libbinin diplomatik fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin ən kritik dövrünə təsadüf edib. O, həm də Şuşa ilə bağlı qalmaqallı açıqlama verməsinə rəğmən Azərbaycanın mədəniyyət paytaxtına gedən ilk səfir kimi tarixdə qalır.

M.Libbi diqqətə çatdırıb ki, Azərbaycanla iqtisadi, xüsusilə ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurulub: “Bizim COP29-da uğurlu nəticə əldə etmək üçün sıx əməkdaşlığımız göstərib ki, diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər”.

Qeyd edək ki, Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 2023-cü il noyabrın 8-də təsdiqlənib, 2024-cü il yanvarın 18-də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək rəsmən fəaliyyətə başlayıb.

Libbinin səfir dövrü ümumilikdə necə yadda qaldı? O, digərlərindən fərqləndi, yoxsa?

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

 Aydın Hüseynov

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, səfir öz ölkəsindən verilən tapşırıqlara, direktivlərə uyğun diplomatik fəaliyyət göstərir: “Vaxtilə Azərbaycanda ABŞ-ın bəzi səfirləri müəyyən ölkənin daxili işlərinə qarışmağa meylli fəaliyyət göstərirdilər. Ancaq konkret olaraq cəmi bir il öncə səfir təyin olunan cənab Libbini bu sıraya aid etmək üçün əsaslar yoxdur. Dediyimiz kimi, səfir Libbi ABŞ-dan, Dövlət Departamentindən onun qarşısında qoyulan məsələlərə uyğun diplomatik fəaliyyətlə məşğul olub. Onun fəaliyyətində ən yaddaqalan müsbət addımlardan biri Şuşaya səfər etməsi oldu. ABŞ-ın Azərbaycandakı 11-ci səfiri Mark Libbi Şuşaya səfər edən ilk ABŞ səfiri kimi yaddaşlarda qalacaq. ABŞ səfirliyinin Libbinin adından yaydığı məlumatdan belə anlaşılır ki, cənab səfirin səhhətində problem yaranıb, buna görə diplomatik fəaliyyətdən ayrılır. Ona sağlamlıq arzulayırıq. Yayılan rəsmi məlumatdan da göründüyü kimi, Libbi təkcə səfir vəzifəsindən deyil, ümumiyyətlə, diplomatik fəaliyyətdən ayrılır. Onun bu addımında Azərbaycan-ABŞ münasibətləri və ya Bakının səfirə münasibəti heç bir rol oynamır. Azərbaycan ABŞ-la normal münasibətlərdə maraqlı olan dövlətdir, ABŞ-la müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Səfir Libbi də fəaliyyət göstərdiyi müddətdə bu əlaqələrin davam etməsi üçün çalışıb. Ancaq o da məlumdur ki, səfir Libbinin fəaliyyət göstərdiyi bir ilə yaxın dövr Co Bayden hakimiyyətinin, xüsusilə Konqresin Azərbaycana qarşı ədalətsiz yanaşması ilə də yadda qalır. Libbinin səfir kimi burada daha yüksək performans göstərməməyində, şübhəsiz, Bayden administrasiyasının bu yanaşmasının təsirləri oldu”.

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, Mark Libbinin səfir fəaliyyəti dövründə Şuşaya səfər etməsi istisna olmaqla, fərqli bir istiqamət müşahidə olunmadı. Yəni əvvəlki səfirlərin əksəriyyətindən fərqlənmədi. Mark Libbi nisbətən “quru” bir səfir kimi qısa müddətdə özünü göstərdi. Azərbaycanda gedən proseslərə müdaxilə etməməsi ilə də diqqəti cəlb etdi. Amma onun səfir kimi fəaliyyət dövrü  bu müddətdə Co Bayden administrasiyasının Azərbaycana qərəzli bir münasibət sərgiləməsi dövrünə düşdü. Görünür, həm də buna görə Libbinin səfirlik fəaliyyəti boz rəngdə göründü. Mən onun Azərbaycanda müsbət mənada aktivliyi ilə seçilən səfir kimi yadda qalacağını düşünmürəm.

Mark Libbi Şuşaya səfər etdi. Bu onun fəaliyyətində ən müsbət qiymətləndiriləcək addım oldu. Amma şübhəsiz ki, bir ilə yaxın fəaliyyətində daha da müsbət istiqamətdə addımlar ata bilərdi. Məsələn, Şuşada daha obyektiv açıqlamalarla çıxış eləyə bilərdi. Lakin etmədi və ya etməsinə Vaşinqtondan icazə verilmədi. İndi səfirlikdən getməsini bəyan eləməsi ola bilsin ki, dediyi kimi, xəstəliklə bağlıdır, ola bilsin ABŞ-da hakimiyyətin dəyişməsinin də səfirin getməsinə təsiri var. Ola bilsin kənarlaşdırılacağını bilir, buna görə özü vaxtından əvvəl bu addımı atır. ABŞ-ın Azərbaycanda fəaliyyət göstərmiş səfirləri getdikdən sonra çox vaxt Azərbaycana qarşı qərəzli mövqe tuturlar, Azərbaycanda qalıb hansısa iş qurmaq fikrinə düşənlər də olub. Ümid edək ki, Libbi gedəndən sonra anti-Azərbaycan mövqeyi tutanlardan olmayacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90