image-rt-reklam
image-393109dd7d31d20adbd1b6addb902494backend

XƏBƏRDARLIQ – Mayın 23-dən 27-dək…

image-728x90

Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək.

Zəif səviyyəli qasırğa bu axşam saat 21:00-dan etibarən hiss edilməyə başlayacaq. Geomaqnit qasırğası ayın 24-ü 21:00-da güclənərək yerini az güclü geomaqnit qasırğasına verəcək və 25-i 15:00-dək davam edəcək.

Qasırğa mayın 26-da da 18:00-dan 21:00-dək davam edəcək.

Martın 27-dən etibarən geomaqnit qasırğasının səngiyəcəyi gözlənilir.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir./BAKU.WS

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90