Dünən 7,1 bal gücündə zəlzələ ilə sarsılan Yaponiyada yaxın gələcəkdə daha böyük bir zəlzələ baş verə bilər.
Ulusal.az xəbər verir ki, bu barədə elm adamları xəbərdarlıq ediblər.
Onların proqnozlarına görə, 30 il ərzində 8 və ya 9 bal gücündə zəlzələ olma ehtimalı 80 faizdir. Meteorologiya İdarəsi də şiddətli zəlzələ riski ilə bağlı əhalini diqqətli olmağa çağırıb.
Baş nazir Fumio Kişida da xəbərdarlıqdan sonra hazırlıqları idarə etmək üçün Asiya turunu ləğv edib.
Xatırladaq ki, 2011-ci ildə Yaponiyada baş verən 9,1 bal gücündə zəlzələ və sunami nəticəsində 20 minə yaxın insan ölmüş, yüzlərlə insan isə itkin düşmüşdü.