image-2000x150
image-1backend

“Xarici sərmayenin iqtisadiyyatımıza marağı getdikcə artır” – Deputat

image-728x90

“Müasir Azərbaycan tarixinin ən böyük quruculuq dövrünü yaşayır. Ölkədə, əsasən də işğaldan azad edilmiş bölgələrimizdə reallaşdırılan miqyaslı tikinti-bərpa işləri, həyata keçirilən layihələr cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı hərbi və diplomatik qələbələr nəticəsində gerçəkliyə çevrilib. Milli iqtisadiyyatımızın son illər ərzində nümayiş etdirdiyi sabit inkişaf tempi, iqtisadi artım göstəriciləri iqtisadi siyasətin düzgünlüyü və hökumətin uğurlu fəaliyyətinin başlıca göstəriciləridir”.  

Ulusal.az xəbər verir ki,  bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib. Deputat bildirib ki, bu gün biz hökumətin fəaliyyət hesabatını müzakirə edirik və artıq yaşadığımız ilin yanvar-fevral aylarının statistikası ötən ili sonunda dövlət büdcəsinə dair fikir mübadiləsi çərçivəsində səslənən proqnozların doğruluğunu göstərir:

“Məsələn, 2024-cü ilin ilk 2 ayı ərzində ÜDM illik müqayisədə 5 faizlik artım göstərib və 18 milyard 577 milyon manata çatıb. İqtisadiyyatın neft-qaz sektorundan asılılğının azaldılması nöqteyi-nəzərdən qeyri-neft sektorunda 10 faizlik artım faktı xüsusilə sevindiricidir. Bu, real iqtisadiyyatın payının getdikcə böyüdüyünün göstəricisdir. Ticarətdən tutmuş kənd təsərrüfatınadək bütün sahələrdə ÜDM artımı müşahidə olunur, ancaq sənayedəki 40 fazlik yüksəlişi xüsusilə qeyd etmək lazımdır. Yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Müasir iqtisadiyyatların sənayesiz təsəvvür edilmədiyi reallıqda bu, hökumətin ciddi uğurudur. İqtisadiyyata investisiya yatırımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artıb. Burada da qeyri-neft-qaz sektorundakı vəziyyət ürəkaçandır. Bu sferaya yatırılan investisiyanın həcmində 17 faizlik yüksəliş var. Biz müşahidə edirik ki, dövlət kapitalı ilə yanaşı özəl investisiyanın da payının artımı baş verir. Bu münbit işgüzarlıq mühitinin formalaşmasının və kapitalın dövlət təminatına etibarının əlamətidir. Xarici sərmayenin iqtisadiyyatımıza marağı getdikcə artır. Bu maraq tək neft-qaz deyil, fərqli sahələri, məsələn, bərpa olunan enerji mənbələrinin istismarı, logistika, kənd təsərrüfatını da əhatə edir. Bu, hökumətin uğurlu fəaliyyəti nəticəsində əlverişli investisiya ab-havasının yaradılması deməkdir. Bunun təsdiqi kimi tək bir faktı – Azərbaycanda bu il 205 xarici investisiyalı müəssisəsinin dövlət qeydiyyatından keçməsini qeyd etmək kifayətdir. Orta aylıq əmək haqqı 10 faiz artıb. Hər nəfərə düşən ÜDM 1800 manatdan çox olub. Sosial sferada ciddi nəticələr qeydə alınır. İlin ilk iki ayında pensiya ödənişlərində 14 faiz, müavinət ödənişlərində 6 faiz, təqaüd ödənişlərində 2 faiz  artım var.

Bu gün Azərbaycan işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda misilsiz quruculuq işləri həyata keçirir. Bu işlər bölgələrimizin tez bir zamanda ölkənin hüquqi, iqtisadi, sosial məkanına reinteqrasiyasını və 30 ildir dədə-baba yurdundan ayrı qalmış soydaşlarımızın doğma ocaqlarına qayıdışına yönəlib. Bütün bunları sadə dillə desək, öz pulumuz və maliyyəmiz olmadan etmək mümkünsüz idi. Bu gün Azərbaycan dünyada bəlkə də yeganə dövlətdir ki, bunu edə bilir və bu fakt xarici maliyyə institutları və beynəlxalq iqtisadi ekspertlərin də diqqətindən yayınmır. Məsələn, “Moody’s” beynəlxalq reytinq agentliyinin dəyərləndirmələrində diqqət çəkən ən mühüm məqamlardan biri azad edilmiş ərazilərdə reinteqrasiyanın artıq öz iqtisadi faydalarını verməsi və ölkə iqtisadiyyatının yeni əlavə dəyər yaradan əsaslı bölməsinə çevrilməsi ilə bağlıdır. Təşkilartın analitiklərinin fikrincə, Qarabağda ərazilərin yenidən qurulması üçün yönələn sərmayələr 2024-cü ildə iqtisadi artımın dəstəklənməsində əsas alətlərdən biri olacaq. Bu reallıq bizim post-müharibə və suverenliyimizin bərpasından sonra əldə etdiyimiz ən böyük qələbəmizdir!

Hörmətli hökumət üzvləri və həmkarlar! Ötən ay keçirilmiş Prezident seçkilərində xalqımızın mütləq əksəriyyəti cənab İlham Əliyevə etimad göstərməklə ölkədə baş verən proseslərə, pozitiv dəyişikliklər və nailiyyətlərə öz müsbət münasibətini bildirmiş oldu. Xalqın dəstəyi ilə yenidən bu vəzifəyə seçilən Prezident cənab İlham Əliyev hökumətə etimad göstərməklə həyata keçirilən islahatların, icra olunan layihələrin, reallaşdırılan tikinti-quruculuq işlərinin davam etməsi üçün diqqəti sabitlik amilinin önəminə, vacibliyinə yönəltdi. Bu, hökumətin fəaliyyətinə həm də xalqın, əhalinin münasibəti və dəstəyi idi. Hökumətə bu etimadı doğrultmaq istiqamətində görəcəyi əməli fəaliyyətdə yeni uğurlar arzulayıram”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90