image-rt-reklam
image-img-20250225-wa0126backend

Xarici media nümayəndələri “ASAN xidmət”də- FOTOLAR 

image-728x90

Fransa müstəmləkəçiliyi altında olan ərazilərin media nümayəndələrinin “ASAN xidmət” mərkəzinə səfəri təşkil edilib.

Görüşdə “ASAN xidmət” konsepsiyası, habelə vətəndaşların müvafiq dövlət xidmətlərindən effektiv şəkildə istifadə etməsi təcrübəsi qonaqlara təqdim edilib. Bu modelin müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə də tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüş zamanı ASAN könüllüləri və onların fəaliyyəti ilə yaxından tanışlıq olunub, eləcə də könüllülük prinsipləri müzakirə edilib. Adalardan olan könüllülər üçün təlimlərin keçirilməsi ilə bağlı niyyət ifadə edilib.

Beynəlxalq əməkdaşlıq perspektivlərini genişləndirmək baxımından “ASAN xidmət” təcrübəsinin paylaşılmasının, oxşar təşəbbüslərin tətbiq edilməsinin faydalı ola biləcəyi vurğulanıb.

image-img-20250225-wa0132 image-img-20250225-wa0131 image-img-20250225-wa0129 image-img-20250225-wa0130 image-img-20250225-wa0128 image-img-20250225-wa0127 image-img-20250225-wa0126

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90