image-2000x150
image-araikbackend

Xankəndiyə nəzarət uğrunda mübarizə qızışır – Araikə vaxt verildi

image-728x90

Xankəndidə separatçı rejim daxilində siyasi böhran dərinləşir.

Samvel Babayan və Ruben Vardanyan açıq mübarizəyə başlayıb.

Hər iki tərəf qondarma “dövlət naziri” postunu istəyir və baş separatçı Araik Arutyunyanın istefa verməsini gündəmə gətirir.

Vardanyan dünən konfrans keçirərərk, “müdafiə cəbhəsi” yaratmaq təklifini irəli sürdü. O, Araik Arutyunyana 50 səhifədən ibarət “çıxış yolu” təqdim edib. Babayan da öz təkliflərini verib. Hər ikisi öz təşəbbüslərinin qəbul edilməsinə çalışır və hər iki tərəf buna görə Araikə təzyiq göstərir.

Bununla yanaşı, Babayan Vardanyanı “teledebata” çağırıb. Ermənistan mediası yazır ki, bütün bu qarşıdurma problemlərin həlli yox, tamaşanın qurulmasından başqa bir şey deyil.

Separatçıların qondarma “parlamentinin spikeri” Artur Tovasyan isə Araik Arutyunyana iki seçim təqdim edib: ya “müdafiə komitəsi” yaratsın və Babayanla Vardanyanı ora daxil etsin, ya da qondarma “etimad referendumu” keçirərək, istefa versin.

Qondarma “müdafiə komitəsi” 90-cı il modelinə uyğun ola bilər: bütün səlahiyyətlər bu komitəyə verilir və Araik Arutyunyanın heç bir səlahiyyəti qalmır. Erməni mənbələr yazır ki, Araikə vaxt verilib. Babayan və Vardanyan Arutyunyandan təkliflərinin qısa müddətdə qəbul edilməsini tələb edir. Tovasyan isə problemləri həll etmək, öz mövcudluqlarını qorumaq üçün Araikin qısa müddətdə istefasının vacibliyini bildirir. Baş separatçı hazırda üç tələb arasında seçim qarşısında qalıb.

Proseslər göstərir ki, separatçı rejim daxilində Xankəndiyə nəzarət uğrunda ciddi qarşıdurma yaşanır.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90