Oktyabrın 15-dən etibarən Xankəndi şəhərinə sakinlərin dönüşünə start verilib. Ulusal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Həmin məlumatda deyilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi (işğaldan azad olunmuş bütün rayonların sakinlərini) keçmiş məcburi köçkünləri Xankəndi şəhərinə könüllü köçmək istəyənləri siyahıya alır.
Qeyd edilir ki, Xankəndi şəhərinə köçərək daimi yaşamaq istəyən məcburi köçkünlər qeydiyyatda olduğu rayonda “Qaçqınkomun” yerli sektoruna (şöbəsinə) ərizə ilə müraciət edə bilər.