“Son hadisələr onu göstərir ki, artıq Qarabağda separatçılar və yerli sakinlər arasında dərin uçurum yaranıb. Bunun əsas səbəbi isə qondarmar rejimin rəhbəri Araik Aruthunyanın qərarları və onun rəqiblərinin aktivləşməsidir” – biu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, BMT-dəki müzakirələrə böyük ümid bəsləyən ermənilər artıq ümidsizliyə düçar olublar.
“Erməni separatçıları anlayır ki, gec-tez Azərbaycan öz suveren ərazisində bayrağını dalğalandıracaq. Bu çox qısa zamanda baş verəcək. Ermənilər də bunu anlayır. Məhz belə vəziyyətdən istifadə etmək istəyən və Qarabağda vəziyyəti nəzarətə almaq istəyən qüvvələr var. Ruben Vardanyanın son günlər aktivləşməsində də məhz bu amil əsas rol oynayır. Tam əminliklə deyirəm ki, yaxın günlərdə Qarabağın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanacaq”-deyə Arzuman Muradlı bildirib.