” Qarabağ ermənilərin artıq dalana dirəndiklərinin fərqindədirlər. Nə Qərbdən, nə də Rusiyadan dəstək ala bilməyən separatçılar alternativ yollar axtarışındadırlar. İndi separatçılar bütün ümidlərini erməni lobbilərinə bağlayıb” – Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, erməni lobbisi separatçılara hansı yöndə dəstək verəcəyini bilmir.
“Bunun bir neçə səbəbi var. Laçın dəhlizindəki şou istər Rusiya, istərsə Qərb tərəfindən birmənalı qarşılanmadı. İndi erməni lobbisi Azərbaycana qarşı kampaniyanı başqa yollarla genişləndirib. Son günlər Qərb ölkələrində Azərbaycan əleyhinə açıqlama və məqalələrin sayı artıb. Buna fikir verməmək də olar, Qarabağın tamamını nəzarətə götürmək məsələsində hələ ki, bizə əngəl yaradacaq ciddi amil yoxdur.Erməni lobbisinin bu təbliğatı da iflasa uğrayacaq və Qarabağda, Xankəndində tezliklə Azərbaycan bayrağı dalğalanacaq”ş – deyə Arzuman Muradlı bildirib.





















