image-rt-reklam
image-1backend

Xankəndidən İrəvana qaçan bu şəxs Bakıdan əmr alır? – Ermənistanda qalmaqal

image-728x90

Ermənistanda Qarabağdan İrəvana qaçan separatçı Samvel Babayanın Bakıdan əmr aldığı iddiaları ətrafında qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, “Armeniannyus” saytı Babayanın əsas hədəfinin Qarabağdan Ermənistana qayıdan ermənilər arasında daxili düşmənçilik yaratmaq olduğu iddiası ilə çıxış edib.

Sayt iddia edir ki, Samvel Babayan Paşinyan hakimiyyəti ilə yaxından əməkdaşlıq edir.

“Onun planı (qondarma) “artsax”ın Ermənistanda fəliyyətinin qarşısını almaqdır. Bu məqsədlə daxili düşmənçilik yaradır. Babayan Azərbaycandan da sifarişlər alır və verilən əmrləri icra edir” – sayt yazır.

Bu iddialar sosial şəbəkələrin erməni seqmentində qalmaqallı müzakirələrə səbəb olub. Babayanın tərəfdarları belə iddiaların İrəvandakı digər separatçılar tərəfindən ortaya atıldığını yazır. Erməni istifadəçilərin bir qismi isə Babayanın Bakıdan əmr aldığı iddiasında həqiqət payının olduğunu hesab edirlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90