Polis əməkdaşları tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində Xankəndi şəhərində növbəti dəfə silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o cümlədən fevralın 17-də və 18-də 12 avtomat, 3 tapança, 11 əl qumbarası, 7 müxtəlif markalı tapança, 1944 ədəd müxtəlif çaplı patron və s. aşkar edilərək götürülüb.