image-2000x150
image-xankendi1660122928backend

Xankəndidə təşviş: Rusiyadan hərbi müdaxilə istənildi

image-728x90

Ermənistan Baş naziri Nikol Paşinyanın iki gün öncə Azərbaycanla bağlı açıqlaması Xankəndidəki separatçı rejimdə təşvişi artırıb.

Ulusal.az Globalinfo.az-a istinadən xəbər verir ki, qondarma rejimin fraksiyaları dünən erməni baş nazirin açıqlamasını qınayan ortaq “bəyanat” yayıblar.

Onlar Paşinyandan separatçı rejimin öz müqəddəratının təyinatı məsələsinin gündəmdən salınmamasını tələb ediblər:

“Ermənistan baş nazirinin Ermənistan Respublikasının Milli Məclisində aprelin 18-də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıması, bütün bunlara Madrid sənədinin bir bəndi ilə haqq qazandırması fikirlərini qəbuledilməz hesab edirik”.

Separatçılar Ermənistan hökumətini parlamentin 8 iyul 1992-ci il düzəlişindən imtina etməməyə çağırıb. Onlar həmçinin Rusiyaya da müraciət edərək, əlavə hərbi və diplomatik tədbirlər görməsini istəyiblər.

Qeyd edək ki, mövcud sənəd Ermənistanla Xankəndidəki separatçılar arasında fikir ayrılığının hansı həddə çatdığını göstərir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90