Müstəqil Azərbaycan tarixində ilk dəfə Xankəndi şəhərində seçki məntəqələri açılıb, səsvermə başlayıb.
Ulusal.az xəbər verir ki, bu barədə AzTV-nin Xankəndiyə ezam olunmuş əməkdaşı birbaşa bağlantıda məlumat verib.
Bildirilib ki, 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzi inzibati binasında yerləşir.
Seçki məntəqəsinin sədri bu məntəqə üzrə 300 nəfər seçicinin olduğunu və seçicilərin fəal olduğunu bildirib.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: