image-rt-reklam
image-3backend

Xankəndidə separatçılar hansı sənədləri yandırır? – Arxivi məhv edirlər

image-728x90

Xankəndidə artıq fəaliyyəti dayanmış və təhvil-təslim prosesinə hazırlaşan separatçı rejim sənədləri yandırır.

Ulusal.az xəbər verir ki, bununla bağlı separatçıların keçmiş “rəhbərlərindən” biri, hazırda İrəvanda olan Samvel Babayan Ermənistanın İctimai TV-sinə müsahibəsində deyib.

Onun sözlərinə görə, separatçılar 1 milyard dramı mənimsəyiblər və onun sənədlərini yoxa çıxardıblar.

“Artıq heç kim heç bir yoxlama apara bilməz. Bütün arxivi yandırıblar, o cümlədən, “ordunun” sənədlərini də yandırdılar. 5 gündür Xankəndidə yanğın var. Bütün bunlar Ermənistanda araşdırılmalı, onlar (separatçıların hazırki və keçmiş “rəhbərliyi”) bura gələndə dərhal həbs olunmalıdılar”, – Babayan bildirib.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90