image-2000x150
image-2d450e9c3f18851397744f3d7eb0e1c6backend

Xankəndidə müharibə hazırlığı – Azərbaycan bu addımları atacaq

image-728x90

“Ermənistanın Baş naziri Paşinyanın “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatı, ardınca anklavların da Azərbaycan ərazisi olması etirafı Ermənistanda, xüsusilə də Xankəndidə əsl şok effekti yaradıb”.

Bu sözləri  açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloqun sözlərinə görə, ermənilər belə hesab edirdilər ki, hələ uzun müddət onlar Qarabağda xüsusi imtiyazları olan bir xalq kimi ayrıca yaşayacaqlar. Lakin, Vaşinqton və Brüssel görüşlərində Azərbaycanın prinsipial mövqeyi Ermənistan siyasi hakimiyyətini bu istiqamətdə məcburi olaraq Azərbaycanın xeyrinə bəyanat verməyə vadar etdi:

“Buna cavab olaraq, Qarabağda yaşayan qondarma rejim tərəfindən bəyanat qəbul edildi. Separatçılar heç zaman Azərbaycanın tərkibində yaşamayacaqlarını bildiriblər və hətta hərbi təlimlərə də başladıqlarını deyiblər.

Bu da onu deməyə əsas verir ki, separatçılar beynəlxalq hüquqla təsbit olunmuş Azərbaycan ərazisini tanımaq istəmirlər. Separatçılar hələ də dərk edə bilmirlər ki, onlar artıq Azərbaycan ərazisində yaşayırlar, bölgədən yeganə çıxış yoluna Azərbaycan nəzarət edir və Ermənistan hakimiyyəti onların gələcək taleyini birdəfəlik öz boynundan atıb”.

A. Əliyev qeyd edib ki, separatçı qurumun funksionerləri arasında da baş verən siyasi proseslər fonunda ikitirəlik yaranıb:

“Təbii ki, Rusiyanın da burada “əməyi” şübhəsizdir. Çünki ərazinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyi gün sülhməramlıların hüquqi əsası itəcək. Bu da Rusiyanın bölgədən birdəfəlik çıxması deməkdir. Buna görə də Rusiyanın siyasi dairələri bu məsələdə separatçılara dəstək verməyə davam edəcəklər. Bu, Rusiyanın ənənəvi siyasətidir”.

Politoloqun fikrincə, Azərbaycan sülh sazişinin imzalanması istiqamətində daha prinsipial mövqe ortaya qoymaqla bu məsələnin birdəfəlik həllinə çalışır. Eyni zamanda Qərbin patronajlığı ilə Ermənistan də buna məcbur edilir:

“Sülh sazişi imzalandıqdan dərhal sonra beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycan separatçılarla lazım olan dildə danışacaq. O zaman nə Ermənistan, nə də ki, digər üçüncü tərəf bu məsələyə müdaxilə edə bilməyəcək. O vaxta qədər isə separatçılar tərəfindən real təhdid yaranarsa, Azərbaycan bu təhdidlərin də qarşısını lazımı şəkildə alacaq.

İndiki zamanda isə separatçıların müxtəlif bəyanatlar verməsi özlərini real olmayan ideyalara inandırmaqdan başqa bir şey deyil. Bölgə bütünlüklə Azərbaycanın nəzarətindədir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90