Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
Ulusal.az xəbər verir ki, təşkil olunan tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı şəhidlərin ailə üzvləri və məktəb şagirdləri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra çıxış edən məktəbin direktoru Cəmilə Əhmədova Prezident İlham Əliyevin 27 Sentyabr Anım Günü ilə bağlı sərəncamının böyük əhəmiyyətindən danışıb. O, deyib ki, Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti,
Daha sonra çıxış edənlər Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaətindən, Azərbaycanın şanlı qələbəsindən danışıblar.
Onlar bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.
Anım tədbiri məktəbli şagirdlərin vətənpərvərlik ruhunda söylədikləri şeir və musiqi ilə başa çatıb.