Azərbaycan Zəfər bayramının üçüncü ilinə yaxınlaşır. 3 il öncə torpaqlarımız Ermənistan işğalından azad olundu. Dövlətimiz Böyük Zəfərə imza atdı.
Vətən müharibəsinin hər bir anı yaddaşımıza həkk olunub. Məlumdur ki, bu müharibə Ermənistanın təcavüzkar hərəkətləri ilə başladı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri cəbhə zonası təxribatlara başladılar. Bu, yeni ərazilərimizi ələ keçirmək və yurdumuzdan yeni torpaqlar əldə etmək məqsədi idi. Düşmənin hücümuna son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal əks-hücuma keçmək əmri verdi. Azərbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində itridiyimiz torpaqlarımızı bir-bir geri qaytardıq. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayraqlarımız ucaldıldı. Azərbaycan ordusu gücünü, Azərbaycan xalqının qüdrətini dünyaya sübut etdi. Azərbaycan böyük Qələbəyə imza atdı. Şuşa qalibiyyəti tariximizə Zəfər Günü kimi həkk olundu.
Şanlı Zəfərimizin üçüncü ilinə yaxınlaşarkən oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 2023-cü ildə oktyabrın 15-də Azərbaycan Respublikanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Ağdərədə, Xocalıda, Xankəndidə qaldırdı. Bu həm də Qarabağ iqtisadi rayonuna vurulan Azərbaycan dövlət möhürüdür. Vətən müharibəsindən əldə olunan qələbədən üç il sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini, tarixi torpaqlarını tam bərpa etdi. Bu Zəfərimiz “Heydə Əliyev ili”nə ən böyük tohfə oldu.
Tarixinin ağır dövrlərində xalqımızın təkidli tələbi ilə Heydər Əliyevi hakimiyyətə qaytarmaqla Azərbaycan XX əsrdə müstəqilliyini itirmək təhlükəsindən qurtardı. 2003-cü il oktyabr 15-də Azərbaycan xalqının və dövlətinin maraqlarını müdafiə edəcəyinə and içən Ulu Öndər Heydər Əliyevin davamçısı İlham Əliyev 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirərək ən yüksək zirvələri fəth etdi
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə çıxışında bildirdi ki, bu gün burda olmağımızın əsl səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. O, əldə olunan Qələbəni xalqımızın, Ordumuzun adı bağladı. Amma, hər birimizə məlumdur ki, tarixi Zəfərin əsas memarı Ali Baş Komandandır.
Sözü imzası qədər keçərli ən yeni Azərbaycan tarixinə möhürünü vurmuş Lider – İlham Əliyev Azərbaycan ərazısındə erməni işğalına son qoydu.
Böyük Zəfər, biz müəllimlər qarşısında da yeni prioritetlər qoyur. Bu baxımdan, gənclərimizin vətənpərvər ruhda tərbiyəsi sahəsində üzərimizə düşəni yerinə yetirməliyik. Gələcək nəsillərə bu şanlı tarixi fəxrlə öyrədəcəyik.
İbrahimova Sahilə Rafiq qızı
Filologiya üzrə fəlsəfə doktoru
ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müəllimi