image-rt-reklam
image-1backend

Xanım lider ELAN ETDİ: “Bu baş versə, Qaqauziya Türkiyə və Rusiyadan kömək istəyəcək”

image-728x90

Moldova rəhbərliyi Rumıniya ilə birləşməyə qərar verərsə, Qaqauziya yardım üçün Rusiya Federasiyasına və Türkiyə Cümhuriyyətinə müraciət edəcək.

Ulusal.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Qaqauziya (Qaqauz Yeri) muxtariyyətinin lideri Yevgeniya Aleksandrovna Qutsul Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, Moldovanın Rumıniyaya birləşməsi halında görüləcək tədbirlər ssenarisini açıqlayıb: “Biz beynəlxalq tərəfdaşlarımıza müraciət edəcəyik”.

Qutsula vurğulayıb ki, Qaqauziya muxtariyyəti ilk növbədə Rusiya və Türkiyədən dəstək istəyəcək .

“Biz bütün beynəlxalq təşkilatlara, BMT- yə müraciət edəcəyik”, – deyə region rəhbəri vurğulayıb.

Qaqauzlar türk əsillidirlər, müasir türkcədən seçilməyən, ana dilimizə çox yaxın bir şivədə danışırlar. Dünyada, əsasən Balkanlarda 250 min qaqauz yaşayır. Bu xalqın adının “xak oğuz” (yəni əsl oğuz, xas oğuz) söz birləşməsindən əmələ gəldiyi iddia olunur.

Qaqauz Yerinin muxtariyyat qazanmasında, inkişafında Türkiyənin xüsusi rolu olsa da, son illər bu bölgə əsasən Rusiyanın, Kremlin “arxa bağçası” halına gəlib. Dnestryanı bölgəni faktiki olaraq Moldovadan qoparan Moskva bu ölkəni cilovda saxlamaq üçün indi də Qaqauziya kartından istifadə edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90